Ukraynanın əks-hücumunu başa çatmış hesab etmək olar

Ukraynanın əks-hücumunu başa çatmış hesab etmək olar
 

Rusiya qoşunları bütün cəbhə boyu aktiv döyüş əməliyyatlarına başlayıb və Ukraynanın əks-hücumunu başa çatmış hesab etmək olar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

"Artıq bir neçə gündür ki, Rusiya qoşunları demək olar ki, bütün cəbhə xətti boyunca aktiv döyüş əməliyyatlarına başlayıb. Beləliklə, Ukraynanın qondarma əks-hücum əməliyyatını artıq başa çatmış hesab etmək olar", - deyə rusiyalı diplomat Qərb ölkələrinin Ukraynanı silahlarla təchiz etməsi ilə bağlı Moskvanın təşəbbüsü ilə çağırılan iclasda çıxışında vurğulayıb.

 

0.021898984909058