Dələduz professor Beyləqan MX-yə şöbə müdiri təyin olunub?!
Beyləqan Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqdan, rəhbərliyin sərişdəsiz hərəkətindən dəfələrlə yazmışıq. Hətta bu qanunsuzluq halları ilə bağlı ölkənin internet media resurslarında kifayət qədər faktlarla zəngin yazılar mövcuddur. Amma nə TƏBİB-in icraçı direktoru Vüqar Qarbanov, nə də Beyləqan Mərkəzi Xəstəxanasının səhiyyə ocağının rəhbərliyi düzəlmir ki, düzəlmir, baba!..
Əldə etdiyimiz informasiyalar bu dəfə daha ilginc və TƏBİB adına utancvericidir.
Paralel.az RealMedia.az-ya istinadla xəbər verir ki, 2021-ci il oktyabr tarixində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətində həbs olunaraq azadlıqdan məhrum edilmiş mama-ginekoloq İzzət Şamxalova bu günlərdə “Beyləqan rayon xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinə (ASM) şöbə müdiri vəzifəsinə təyin edilib. İzzət Şamxalovanın şöbə müdiri təyin edilməsi isə kollektiv arasında haqlı narazılıqla qarşılanıb.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, sən demə, İzzət Şamxalova Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının professoru olub. Onu da öyrənmişik ki, bu adam bir neçə nəfərə qarşı dələduzluq edib.
Barəsində aparılmış istintaq hərəkətləri zamanı, o, qulluq mövqeyindən istifadə edərək, ona kömək üçün müraciət edən şəxsə elmi dərəcə almasına köməklik göstərəcəyinə vəd verərək, həmin insanı aldadaraq, ümumilikdə 16 843 manat dələduzluq yolu ilə mənimsəyib.
Hətta xanım professor bir neçə dəfə, 2014-cü ildən nazirlikdə işləməyə başlayarkən də təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Yəni, qısası, İzzət Şamxalova Peşəkar dələduzdur!
Paralel.az RealMedia.az-ya istinadla xəbər verir ki, barəsində cinayət işi açılmış istintaq olunarkən o da məlum olub ki, ona müraciət etmiş tanışını hospitallardan birində şöbə rəisi vəzifəsinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verərək,həmin insana qarşı da 15 000 manat dələduzluq edib. Beləcə o, dələduzluqla daha bir neçə nəfəri də aldadıb.
Sonradan onun aldatdığı şəxslər polisə şikayət ediblər və cinayət işi açılıb. Professor Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, məhkəmə zalındada iki il müddətinə həbs olunub.
Qeyd edək ki, İzzət Şamxalova 2014-cü ildən 2020-ci ilədək nazirliklərin birində çalışıb.
Maraqlıdır ki, dəfərlə dələduzluq edib, həbsdə yatmış birinə etimad göstərib xəstəxanaya şöbə müdiri vəzifəsinə təyin etmək nə qədər doğrudur? TƏBİB (statusu nə olursa olsun) tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirən bir şəxsi şöbə müdiri vəzifəsinə təyin etməklə, hansı marağı güdür, bax, bu, çox maraqlıdır.
Kim zəmanət verə bilər ki, professor İzzət Şamxalova köhnə cinayətlərini yeni vəzifədə təkrar edib, bundan sonra dələduzluq etməyəcək, başqalarını aldadıb, pulunu mənimsəməyəcək?!
P. S. Beyləqan xəstəxanasının keçmiş direktorunun “köhnə ənənələri” yaşadan yeni direktor eşq olsun!
Mövzuya daha ətraflı qayıdacağıq. (RealMedia.az)
Paralel.az-dan: TƏBİB-in icraçı direktoru vəzifəsinə gətirilən və cənab Prezidentin "rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə" proqramını heçə sayan, cəmiyyətdə ""TƏBİB-in rüşvətxorluq obrazı"nı cəsarətlə formalaşdıran VÜQAR QURBANOVA DA EŞQ OLSUN!!!