TƏBİB kordur, Sabunçu xəstəxanasındakı hörmətsizliyi görmür?!
Dünyada müqəddəs çox azdır. Bayraq azərbaycanlılar üçün çox müqəddəsdir. Buna görə hər kəs bayrağı sevir, hörmət edir. Müdrik atalarımız zaman-zaman bayrağımız haqqında dəyərli fikirlər söyləyiblər. "Bir kərə yüksələn Bayraq bir daha enməz" - deyiblər.
Məsələn, "Millət birləşdirən bəlkə də, sevgi Bayraq sevgisidir", "Bayraq bir millətin namusu, qeyrəti, şərəfidir, nə olursa olsun, yerlərə sərilməz"!, "Başlar enməmiş bayraq yerə enməz, ölkə bölünməz", "Bayrağını sevməyənlər yolunu azmışlardır"!, "Bayraqları bayraq yapan üstündəki qandır, torpaq, uğrunda ölən varsa, vətəndir"!
Ümummilli liderimiz Heydər Əliyev də, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də üçrəngli bayrağımızın qarşısında diz çökərək, müstəqilliyimizin əbədiliyi, Vətənin bölünməzliyi və xalqın firavanlığı naminə çalışacaqlarına and içmiş və əməlləriylə anda sadiqlik nümunəsi göstərmişlər.
Ən nəhayət, Bayraq Şəhidlərimizin cənazəsinə bükülüb, son mənzilə yola salan müqəddəs simvoldir!
Lakin çox təəssüf doğuran hal odur ki, ayrı-ayrı vəzifəli şəxslər bayrağımıza qarşı ya bilərəkdən, ya da səhlənkarlıqdan hörmətsizlik edir, Bayrağımıza, onun asıldığı yerə laqeyd yanaşır, hətta onun vaxtında belə, görkəmini dəyişmədən, vaxtıda dəyişməyə fikir vermirlar. Ən acınacaqlı hal odur ki, bəzi üzdəniraq vəzifəli şəxslər Bayrağı Müqəddəs saymır, alay edirlər.
Bəzi vəzifə sahibləri isə rüşvətin yaratdığı nihilzm qaranlığında çaşaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Üçrəngli Bayrağımızın şərəfinə paytaxtın ən görkəmli yerində "Bayraq Meydanı" yaradaraq 9 Noyabrı da "Bayraq Günü" elan eydiyini unudurlar!
Oxuculara təqdim etdiyimiz kadrlar paytaxtın Sabunçu rayonundakı 3 saylı şəhər kliniki xəstəxanasının təcili yardım şöbəsinin giriş hissəsində foto-qeydə alınıb. Görüntüdən bəlli olur ki, zalın küncünə qoyulmuş bayrağın ətəyinin xeyli hissəsi yerdədir. Stendin Ulu Öndər Heydər Əliyevin şəkli vurulmuş guşəsində isə şəklin önünə yığılmış sintetik güllərin arasında sahibsiz pişik yatıb.
Görünür, xəstəxananın təcili yardım şöbəsinin müdiri Namik həkimin başı yalnız pul qazanmağa elə bərk qarışıb ki, dövlətçiliyimizin atributlarına hörmət kimi vacib məsələni unudub.
Xatırladaq ki, sözügedən xəstəxanaya bu ilin iyul ayından Nurəngiz Bəşirova baş direktor təyin edilib. Görünür, 3 aydan çoxdur direktor təyin olunan Nurəngiz Bəşirova rəhbərlik etdiyi tibb mərkəzinin kollektivi ilə ideoloji iş aparmaqda maraqlı deyil.
P. S. Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq və yazıda qeyd olunan nöqsanın aradan qaldırılacağına ümid edirik.(qanun ve hədəf)
Paralel.az