Qohumunu yaşadığı evində öldürdü - Qətlin təfərrüatı 

Qohumunu yaşadığı evində öldürdü - Qətlin təfərrüatı 
 

Yaşlı qohumunu yaşadığı evdə qətlə yetirməkdə təqsirli bilinən Niyaməddin Əbilovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, yanvarın 22-də Ağdam rayonunun Baharlı qəsəbə sakini Sayalı Şükürovanın bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb. Azərbaycan Respublikası Baş Prokurorluğu, DİN Baş Cinayət-Axtarış İdarəsi və Ağdam RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Baharlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Əbilov saxlanılıb.

İş üzrə dindirilmiş Niyaməddin Əbilov ifadəsində göstərib ki, 1993-cü ildən məlum hadisələrlə bağlı daimi yaşadıqları Ağdam rayonunun Muğanlı kəndindən valideynləri ilə birlikdə köçərək əvvəlcə Ağcabədi rayonunda, 2006-cı ildən isə Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşıblar.

1996-cı ildə Bakıda yerləşən hərbi hissələrdən birində hərbi xidmətdə olarkən fərarilik edib və buna görə 1998-ci ildə həbs olunub. 

1999-cu il aprelin 2-də Bakı Qarnizon Məhkəməsinin hökmü ilə 3 il müddətinə şərti cəzaya məhkum olunub.

2003-cü ildə qardaşı Fədainin həyat yoldaşının qızıllarını oğurladığına görə valideynlərinin ərizəsi əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən tutulub və rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmin cəzanın 1 ilini çəkəndən sonra aministiya aktına əsasən azadlığa buraxılıb.  

Evə qayıtdıqdan sonra valideynləri ilə mübasibəti pis olub. İşlədiyi kafe və çayxanalarda gecələyib. 

2008-ci ilin yanvarında o, telefon vasitəsi ilə Səbirə adlı qızla tanış olub və ona əvvəllər ailəli olduğunu görüşərkən xoşuna gəldiyi təqdirdə onunla evlənəcəyini deyib. Həmin qızla tanış olmasını kiçik qardaşı Səyyafada bildirib.

Yanvarın 21-də səhər saat 10:00 radələrində o, Səbirə və sonuncunun yanında olan bacısı ilə Bərdə şəhərində görüşüblər. Tanışlıq məqsədi ilə onları kafeyə dəvət edib. Söhbət əsnasında onlara məqsədinin ciddi olduğunu söyləyib. 

Təxminən 1 saatdan sonra qızlar sağollaşaraq öz evlərinə gedib. Günorta vaxtı Niyaməddin Əbilov kafelərdən birində mağazadan aldığı 2 şüşə araqdan birini içib. Digərini isə gödəkcəsinin cibinə qoyaraq taksi ilə Quzanlı qəsəbəsinə gəlib. Tanışını işlədiyi kafedə 2 şüşə araq içəndən sonra taksi ilə Baharlı qəsəbəsinə gəlib. 

Avtomaşından düşdükdən sora qohumu Sayalı Şükürovanın enivə kimi olan 400 metr yolu piyada gəlib. Həyətdə iş görən qadınla salamlaşıb və sonuncu ona evə keçməyi təklif edib. 

Təxminən 5-6 dəqiqə sonra Sayalı gətirdiyi odunu sobaya qoyub və çarpayının qabağına söykənərək yerdə oturub. Xeyli söz-söhbət edəndən sonra qadın ayağa durub onun üçün çay süzmək istədik də, Əbilov stolun üstündən əvvəlcədən gözaltı etdiyi bıçağı sağ əli ilə götürüb sol əli ilə isə onun boğazından yapışaraq silahı boğazına dirəyib və pulların yerini göstərməsini tələb edib. 

Onun hərəkətindən qorxan qadın həyəcandan özünü itirərək geri çəkilib və stula oturub. Bu zaman həyətdən hansısa uşaq Sayalı Şükürovanı çağırıb. Ayağa qalxıb baxmaq istədik də, Niyaməddin onu öldürəcəyi ilə hədələyərək tərpənməməyi tapşırıb. 

Bir qədər sonra həyətdə heç kimin olmadığını görüb yenidən qadından pul tələb edib. Qadın onu buraxmağını xahiş edəndə o, artıq hər şeyin gec olduğunu yəni onsuzda öldürməyəcəyi təqdirdə onu tutduracağını düşünüb bıçağın arxası ilə Şükürovanın kürək nahiyyəsinə zərbə yetirib. Qadın yerə yıxılandan sonra o, əlindəki bıçağın iti ucu ilə onun boğaz nahiyyəsinə ardıcıl zərbələr vurub.

Niyamədin Əbilov ifadəsinin davamında bildirib ki, qadının öldüyünü gördükdən sonra meyiti sürüyüb çarpayının altına salıb. Sandığın açarını axtarıb tapa bilmədiyindən qab-qaşığın içərisindən götürdüyü metaldan olan bıçaqla sandığı açıb.Tələsik sandığın içərisinə baxan qatil pul və qızıl tapmayıb. Tutulacağından ehtiyat edən Niyaməddin televizoru və işığı söndürüb evdən çıxaraq piyada Quzanlı kəndinə gəlib. Bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesində Niyaməddin Əbilov ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirib. 

Sonda məhkəmənin hökmü ilə Niyaməddin Əbilov 15 il müddətinə azadlıqdan məhrum olunub. 

 

 

0.017496109008789