Artıq Ermənistanın sülh sazişi imzalamasının vaxtı çatıb - AÇIQLAMA

Artıq Ermənistanın sülh sazişi imzalamasının vaxtı çatıb - AÇIQLAMA
 

Azərbaycanın qarşısındakı əsas hədəfi Cənubi Qafqaz bölgəsini sülh, əmin-amanlıq, sıx inteqrasiya olunmuş inkişaf etmiş bir bölgəyə çevirməkdir.

"Paralel.az" xəbər verir ki, bunu deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında suveren hüquqlarını bərpa edən Azərbaycanın yürütdüyü siyasətin ana xəttini Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq təşkil edir. “Bu gün Azərbaycanın Gürcüstanla çox sıx əlaqələri mövcuddur və bu əlaqələr strateji tərəfdaşlıq münasibətləri ilə xarakterizə olunur. İki ölkə arasında münasibətlər dinamik olaraq inkişaf edir və əlaqələrin inkişafı, dərinləşməsi təkcə iki ölkənin davamlı inkişafına deyil, eyni zamanda digər ölkələrlə də əlaqələrin inkişafına öz töhfəsini verir. Bu məqsədlə də davamlı olaraq hər iki ölkənin ən yüksək səviyyəli rəhbərlərinin qarşılıqlı səfərləri həyata keçirilir. Ən sonuncu Azərbaycan Prezidenti oktyabrın 8-də Gürcüstanda səfərdə olub. Azərbaycan Prezidentinin səfəri ənənəvi xarakter daşısa da, lakin son səfəri regionun gələcək əməkdaşlıq formatı baxımdan çox  böyük əhəmiyyət  kəsb edir. Xüsusən də cənab Prezidentin Cənubi Qafqazda dayanıqlı sülhün, əməkdaşlığın formalaşması istiqamətində verdiyi mesajlar çox mühüm əhəmiyyət daşıyır”, - o qeyd edib.

Deputat əlavə edib ki, cənab Prezidentin bu səfərini həm də ümumi Qafqaz bölgəsində dayanıqlı sülhün yaranması və gələcək inkişafı istiqamətində atılan ciddi addım kimi dəyərləndirilməlidir: 

“Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində yürütdüyü siyasətin qayəsini təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafı, sülhün, sabitliyin, təhlükəsizliyin, inkişafın və sıx inteqrasiya olunmuş əməkdaşlığın bərqərar olması təşkil edib. Bu ötən 20 il ərzində Azərbaycan Prezidenti yürütdüyü uzaqgörən siyasəti ilə  addım-addım nail olub. Onun liderliyi altında istər ölkə daxilində, istərsə də bölgədə həyata keçirilən transmilli layihələr nəticə etibarı ilə bütövlükdə regionun inkişafına, regionlararası əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib. 

Artıq Ermənistanın da mövcud reallığı dəyərləndirib sülh sazişi imzalamasının vaxtı çatıb. Lakin çox təəssüflər  olsun ki, Ermənistan hələ də mövcud vəziyyəti dəyərlndirib sülh sazişini imzalamaqdan yayınır.

Azərbaycan  Prezidenti hətta Tbilisiyə son səfərində istər ikitərəfli, istərsə də region ölkəsi olaraq Gürcüstanın iştirakı ilə üçtərəfli formatda görüşün keçirilməsini də təklif etdi.  Lakin buna baxmayaraq biz hələ də qarşı tərəfdən müsbət reaksiya görmürük. Azərbaycan hələ 44 günlük müharibədən sonra region ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq təklif edib. Ermənistan hər vasitə ilə bütün bu əməkdaşlıqdan və sülhdən yayınır. Amma Ermənistan onu da unutmamalıdır ki, bu sülh ilk növbədə onun özünə lazımdır. Sülh olarsa Ermənistan nəhayətində uzun illər bpyunca üzləşdiyi siyasi, sosial-iqtisadi böhranlardan xilas ola bilər.  Sülhün olmaması isə Ermənistandakı mövcud böhranın daha da dərinləşməsinə, xaosa, yeni-yeni təhlükələrə, itkilərə  sürükləyir ki, bu da nəticə etibarı ilə Ermənistan dövlətçiliyini, o cümlədən regonun təhlükəsziliyini təhdid  altında qoyur. Ona görə də Ermənistan vaxt itirmədən vəziyyəti dəyərləndirib, buna adekvat addım atmalıdır. Gecikən sülhün isə Ermənistan elə də faydası olmayacaq”. (ölkə.az)

Mürtəza

 

0.035979032516479