Maykl Ceksona məxsus xüsusi hazırlanmış geyim hərraca çıxarılır 

Maykl Ceksona məxsus xüsusi hazırlanmış geyim hərraca çıxarılır 
 

1984-cü ildə Ceksonun reklamı üçün xüsusi olaraq istehsal edilən dəri gödəkçə hərraca çıxarılacaq.

Xarici KİV xəbər verir ki, gödəkçənin ən azı 245 min dollara satılacağı gözlənilir.

Hərraca çıxarılanlar arasında Corc Maykl, Amy Vinehouse, David Bovie, Elvis Presley, Angus Young, John Lennon və "The Beatles"a məxsus əşyalar var.

Xatırladaq ki, Maykl Ceksona məxsus xatirə əşyaları əvvəllər də minlərlə dollara satılıb.

 

0.015201091766357