Avropa Fələstinə yardımı dayandırmamalıdır, onlar eyni deyil – Cozef Borel

Avropa Fələstinə yardımı dayandırmamalıdır, onlar eyni deyil – Cozef Borel
 

Bütün fələstinlilər terrorçu deyil, buna görə də HƏMAS-ın İsrailə hücumuna görə istisnasız olaraq onları cəzalandırmaq “ədalətsizdir və məhsuldar deyil”. Söhbət Aİ-nin Fələstin ərazilərinə yardımından gedir. HƏMAS-ın İsrailə hücumundan sonra Aİ xarici işlər nazirlərinin əksəriyyəti Fələstin Milli Administrasiyası ilə əməkdaşlığın davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Ölkə.Az xəbər verir ki, bunu Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel deyib.

“Eyni zamanda, Aİ üzvlərinin əksəriyyəti Avropa Komissiyasının bizim dəstəyimizlə HƏMAS-ın terror fəaliyyəti arasında heç bir əlaqənin olmadığına əmin olmaq üçün bu yardımın necə istifadə edildiyini və onu kimin aldığını yoxlamaq təklifini dəstəkləyib”, - o deyib.

Vurğulayıb ki, Aİ-nin bilmədən terrorçuları maliyyələşdirdiyi ortaya çıxarsa, “kimsə bunun üçün siyasi məsuliyyəti öz üzərinə götürməli olacaq”.

0.01924204826355