HƏMAS hərbi imkanlarından tamamilə məhrum ediləcək - ÇAXAL

HƏMAS hərbi imkanlarından tamamilə məhrum ediləcək - ÇAXAL
 

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ı müharibənin sonuna qədər hərbi potensialından tamamilə məhrum etməyi hədəfləyir.

“Ölkə.Az” xəbər verir ki, bunu İDF-nin sözçüsü polkovnik-leyte Conatan Konrikus CNN-ə açıqlamasında bildirib.

Konrikusun sözlərinə görə, HƏMAS silahlıları dinc əhali və əsgərləri öldürməklə terror əməliyyatları keçirmək üçün cənub sərhədini pozmağa cəhd ediblər:

“Burada problem ondadır ki, bizim vəzifəmiz müharibənin sonunda HƏMAS-ın heç bir hərbi potensiala malik olmamasını təmin etməkdir. Bu da əldə olunacaq. Bu tapşırığı necə həyata keçirəcəyimiz görünəcək. Amma indiki mərhələdə biz hava zərbələri endiririk. Təbii ki, zərbələri daha da artırmaq planları var. Cənub sərhədində cəmləşən qoşunlar, ehtiyatlar və nizami qüvvələr öz tapşırıqlarını yerinə yetirməyə hazırlaşır”.

Mürtəza
Ölkə.Az

 

0.027668952941895