İcra Hakimiyyəti xidməti avtomobili alır

İcra Hakimiyyəti xidməti avtomobili alır
 

Lerik Rayon İcra Hakimiyyəti xidməti minik avtomobil alır.

Paralel.az xəbər verir ki, satınalma ilə bağlı “Nurgün Motors” MMC ilə satınalma müqaviləsi imzalanıb.

İcra hakimiyyəti xidməti avtomobil üçün şirkətə 57,8 min manat ödəniş edib.

Qeyd edək ki, “Nurgün Motors” MMC şirkəti Nissan brendinin Azərbaycanda rəsmi distribütorudur. 

Maraqlıdır, ölkədə dövlət orqanları minik avtomobillərini satışa çıxardığı vaxtda, icra hakimiyyətinin şirkətdən minik avtomobil alması təəccüb doğurur.

 

 

0.022067070007324