Ermənilər utansınlar, yəhudilər İsrailə axın edir, 44 günlük müharibədə isə... - Baqdasaryandan şok

Ermənilər utansınlar, yəhudilər İsrailə axın edir, 44 günlük müharibədə isə... - Baqdasaryandan şok
 

“Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan 10 minlərlə yəhudi HƏMAS-ın hücumuna qarşı müharibəyə qoşulmaq üçün İsrailə uçmağa tələsir. Amma Rusiyada iki milyona yaxın erməni yaşasa da, 44 günlük müharibə zamanı təyyarələr Ermənistana az qala boş uçurdu. 44 günlük müharibə zamanı Qarabağ uğrunda savaşmaq üçün barmaqla sayılacaq qədər erməni gəldi. Haradasa 50-dək idmançı gəldi”.

“Ölkə.Az” xəbər verir ki, bunu erməni bloger Roman Baqdasaryan videoçıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün sosial şəbəkərlədə, feysbuk, teleqram kanallarında oturub status, post paylaşanların heç bir savaşda iştirak etmədi.

“Bu gün Qarabağda ermənilərə dəstək verməyə gəlməyən, amma oturub Ermənistan hakimiyyətini tənqid edib, ona leksiya oxuyub, ağıl verən ermənilər yəhudilərə baxsınlar və utansınlar. Ara Abramyanın (ermənilərin Rusiyadakı diaspor lideri-red) dəyərlərinə uyğun tərbiyə alan ermənilər yəhudilərlə aralarındakı fərqi görsünlər. Görsünlər ki, yəhudilər bütün dünyada hava limanlarına axışıb İsrailə gedirlər. İsrail uğrunda savaşıb ölmək istəyirlər. Əgər bu ermənilərin lideri Ara Abramyandırsa, ondan artığını gözləməyə də dəyməz və bu, bir faktdır”, - Baqdasaryan bildirib.

Mürtəza
Ölkə.Az

 

0.023478984832764