Əlcəzair millisinin baş məşqçisi “Qarabağ”ın futbolçusunun cavabını verib

Əlcəzair millisinin baş məşqçisi “Qarabağ”ın futbolçusunun cavabını verib
 

Əlcəzair millisinin baş məşqçisi Camel Belmadi “Qarabağ”ın futbolçusu Yassin Benzianın cavabını verib.

29 yaşlı yarımmüdafiəçinin yığmaya çağırılmadığı üçün etdiyi etiraza fransalı mütəxəssis qısa münasibət bildirib.

Millinin qarşıdakı oyunlar üçün heyəti açıqlandıqdan sonra Benzianın dostu buna sərt reaksiya verib. O, pleymeykerin bu mövsüm “Qarabağ”ın heyətində avrokuboklarda parlaq oyun nümayiş etdirdiyini və milliyə çağırılmağa hamıdan çox layiq olduğunu qeyd edib. Benzia da dostunun bu fikirlərini şəxsi instaqram səhifəsində paylaşıb.

Camel Belmadi isə mətbuat konfransında oyunçunun etirazı ilə bağlı verilən suala qısaca bu cavabı verib: “İstədiyini deyə bilər”.

Qeyd edək ki, Yassin Benzia Əlcəzair millisinə sonuncu dəfə 2018-ci ildə çağırılıb.

 

0.016335964202881