Çılpaq vəziyyətdə olan və öldüyü deyilən gənc qadının kimliyi məlum olub - VİDEO

Çılpaq vəziyyətdə olan və öldüyü deyilən gənc qadının kimliyi məlum olub - VİDEO
 

Sosial şəbəkələrdə HƏMAS döyüşçülərinin maşınında çılpaq vəziyyətdə olan və öldüyü deyən gənc qadının kimliyi məlum olub.

"Paralel.az" "businessinsider"ə istinadla xəbər verir ki, HƏMAS döyüşçülərinin əsir götürdüyü qadınlardan biri olan şəxs almaniyalı tatu ustası Şani Loukdur. Videolarda onun üzü görünməsə də ailəsi tatularından onu tanıya bilib. O İsrailə HƏMAS "Sülh naminə festival"da iştirak etmək üçün gəlibmiş.

Gənc qızın ailəsi "Der Spiegel"ə açıqlamasında qızlarının qarət edilmiş ola biləcəyini deyiblər. Qəzzada Şani Loukun kredit kartından istifadə edildiyini deyən ailə qızlarının sağ ola biləcəyini düşünür.

Qızın anası Rikarda Louk Şaninin maşındakı videosunu X sosial şəbəkəsində gördüyünü söyləyib. O, həmçinin qızlarını tapmaq üçün onlara dəstək göstərilməsini xahiş edib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumları nəticəsində əsir götürülən və girov saxlanılan ən azı 100 israilli arasında qadın, uşaqlar və başqa ölkə yaşlı vətəndaşların olduğu güman edilir.

Billurə

 

 

0.01140284538269