"Qarabağ" favorit olsa da, "Neftçi" asanlıqla uduzmayacaq"

 

"Qarabağ" kağız üzərində favorit hesab edilir. Amma bu o demək deyil ki, "Neftçi" asanlıqla məğlub olacaq".

Bunu "Report"a açıqlamasında millinin sabiq futbolçusu Ceyhun Sultanov Premyer Liqanın IX turunda baş tutacaq Azərbaycan derbisi ilə bağlı danışarkən deyib.

44 yaşlı sabiq yarımmüdafiəçi bugünkü oyunun maraqlı keçəcəyini bildirib: "Bu, derbidir. Əvvəlcədən hesabı təxmin etmək çətindir. "Neftçi" rəqibindən zəif olsa da, ən pis dönəmində də bu görüşlər maraqlı olub. Bizi yaxşı qarşılaşma gözləyir. Güclü olan qalib gəlsin".

Qeyd edək ki, bu gün reallaşacaq "Neftçi" - "Qarabağ" matçı saat 19:30-da start götürəcək.

 

0.016124963760376