İsrail zərərsizləşdirdiyi HƏMAS yaraqlılarının sayını açıqladı

İsrail zərərsizləşdirdiyi HƏMAS yaraqlılarının sayını açıqladı
 

Qəzza zolağında 400-dən çox HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlısı zərərsizləşdirilib, onlarla silahlı əsir götürülüb.

“Paralel.az” xəbər verir ki, bu barədə “i24” telekanalı İsrail Müdafiə Ordusunun nümayəndəsinə istinadən bildirib.

“Qəzzada 400-dən çox terrorçunu məhv etdik, onlarla terrorçu isə əsirliyimizdədir”, - telekanal mətbuat katibindən sitat gətirib.

Qeyd olunub ki, Kfar-Azda şiddətli döyüşlər gedir.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.

 

0.016963005065918