Nərgiz Nobel mükafatı aldı

Nərgiz Nobel mükafatı aldı
 

Cənubi Azərbaycanın Zəncan şəhərindən olan jurnalist, siyasi məhbus və insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi Nobel Sülh Mükafatına layiq görülmüşdür. O, hazırda İranın Vəramin şəhərinin Qərçək zindanında həbsdədir. İran İnsan Hüquqlarının Müdafiəsi Birliyinin sədr müavini olan Nərgiz xanım 10 il 8 ay həbs və 154 şallaq cəzası almışdır. O, iki uşaq anasıdır. Yoldaşı Tağı Rəhmani Fransada yaşayır. Qeyd edək ki, Nərgiz Məhəmmədi bundan əvvəl Fransanın " Sərhədsiz repartiyorlar" Təşkilatının " Cəsarət" və ABŞ Qələm Assosiyasının " Yazı azadlığı" mükafatlarına layiq görülmüşdür.
Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi əvvəllər də insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətinə görə dəfələrlə həbs olunmuşdur.

Nizami Təhməzov

"Paralel.az"

0.021508932113647