Heykəllərlə "görüş" - Firuz Mustafa
Bəlkə də inanmazsız. Uzun illər idi ki, şəhərə çıxmırdım. Şəhərin əyalət hissəsində yaşayıram. Nəhayət, bu gün şeytanın ayağını qırıb “qaynaşan” mərkəzə çıxdım. Gəzib enli-ensiz küçələrini dolaşdım. Şəhərimiz bir xeyli dəyişibmiş... Fürsət bulub canlanmış heykəllərlə və yaxud heykəlləşmiş canlarla-Müslüm Maqomayev və Hacı Zeynalabdinlə “şəkil çəkdirdim”. Düzünü deyim ki, hər iki heykəl xoşuma gəldi...
Heç kəsin xətrinə dəyməsin, bizim cama(h)at bir neçə faizi bir azca monumentallığı xoşlayır. Maşının da, evin də, arvadın da (təbii ki, ərin də), vəzifənin də, bağın da, medalın da irisini, yekəsini xoşlayır...O cümlədən də heykəlin ... İstəyir ki, sevdiyi nəinki əsatiri, hətta real qəhrəmanların başı buludlardan yuxarıda olsun. Yəni yekə-yekə heykəlləri uca-uca postamentlərdə görmək istəyir cama(h)atımız. Düşünmürlər ki, yaxşı, bəs o yekə-yekə heykəllərin ayaqları necə olsun? Bəli, ayaqları? Bəyəm ayaq da göydə olmalıdır? Sual versən gözlərini döyə-dəyə qalacaqlar. Mən isə istəyirəm ki, sevdiyimiz adamların özləri kimi heykəlləri, daha doğrusu ayaqları da yerdə, yəni torpaq üstündə dayansın. Həm Hacı, həm də Müslüm torpağa (başqa sözlə, xalqa) yaxın adamlar idi. Onlar elə xalq arasında da olmalıdır. Yəni ayaqları torpaqda möhkəm dayanmalıdır...
Bu da mənim qənaətimdir. Mən sizin fikrinizə hörmət etmək iatəyirəm... Siz də elə o cür olmağa çalışın. Yəni ən azı özünüzə və... yerdə sizinlə birgə ayaq üstə duran heykəllərə hörmət bəsləyin.
"Paralel.az"