Azərbaycan klubu tarixi uğura imza atıb

Azərbaycan klubu tarixi uğura imza atıb
 

Çimərlik voleybolu üzrə ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan "Murov Az Terminal" tarixi uğura imza atıb.

Komanda yarışın finalına yüksəlib.

Təmsilçimiz yarımfinalda Fransanın" "Monpelye" klubunu üstələyib. Komandalar arasında iki oyundan birində rəqib, ikincidə isə "Murov Az Terminal" qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün keçirilən qızıl setdə 15:10 hesabı ilə qələbə qazanan Azərbaycan komandası Avropa Kubokunda finala yüksəlib.

Həlledici qarşılaşma oktyabrın 8-də keçiriləcək.

 

0.025369882583618