İsrail ordusu 17 hərbi idarəetmə mərkəzinə zərbələr endirib

İsrail ordusu 17 hərbi idarəetmə mərkəzinə zərbələr endirib
 

İsrail ordusu HƏMAS-ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib.

“Paralel.az” bu barədə  İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən hədəfləri vurub: “Son bir neçə saat ərzində onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 17 hərbi hədəfə və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib”.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

 

0.014040946960449