Fransada böcək yayılması səbəbindən 5 məktəb bağlanıb

Fransada böcək yayılması səbəbindən 5 məktəb bağlanıb
 

Fransanın Təhsil Nazirliyi heteroptera böcəkləri ilə mübarizə tədbirləri həyata keçirmək üçün 5 məktəbi bağlamaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Məlumata görə, parazitlərlə mübarizə üçün bağlanan məktəblərdə 1,5 minə yaxın şagird təhsil alır. Söhbət ölkənin cənubunda, cənub-şərqində və şərqində müxtəlif departamentlərdə yerləşən məktəblərdən gedir.

Eyni zamanda, “yataq böcəkləri” daha bir neçə təhsil müəssisəsində aşkar edilsə də, dezinfeksiya işləri üçün onların tam bağlanmaması qərara alınıb.

Xatırladaq ki, daha əvvəl Fransanın səhiyyə naziri Orelyen Russo əhalini “yataq qurdları”nın yayılması ilə bağlı panikaya düşməməyə çağırmışdı. O, bu problemin miqrant axını ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb və parazitlərdən qurtulmaq üçün görülməli olan işlərin dəyərinin 2-3 min avroya qədər bahalaşmasının daha çox narahatedici amil olduğunu qeyd edib. Nazir heteroptera böcəkləri ilə mübarizə üçün 500-ə yaxın ixtisaslaşmış təşkilatın cəlb olunduğunu vurğulayıb.

 

0.01320481300354