Günəş və Yer atmosferi yaxından araşdırılacaq

Günəş və Yer atmosferi yaxından araşdırılacaq
 

Oktyabrın 14-də Amerika səmasında görünəcək Günəş tutulması alimlərə Günəşi və Yer atmosferini daha yaxından araşdırmağa imkanı verəcək.

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) məlumat yayıb.

Bildirilib ki, tutulma zamanı günəş işığının azalmasının Yerin atmosfer təbəqəsinə necə təsir etdiyi araşdırılacaq.

Vurğulanıb ki, həmin günəş tutulması alimlərə Günəşi və onun Yerlə qarşılıqlı əlaqəsini araşdırmaq imkanı verəcək.

Qeyd edək ki, növbəti həlqəvi Günəş tutulması 2046-cı ildə baş verəcək.

 

0.01265811920166