Koronavirusun bu ştamı sürətlə yayılır

Koronavirusun bu ştamı sürətlə yayılır
 

Koronavirusun "EG.5" variantı "XBB.1.5" və "XBB.1.16" variantlarını qabaqlayaraq bütün dünyada xüsusilə sürətlə yayılır. Bu variantlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "maraq doğuran variantları (VOI)" qrupuna daxil edilib.

Paralel.az-ın məlumatına görə, bu barədə Təşkilatdan məlumat verilib.

Bildirilib ki, GISAID beynəlxalq genomik monitorinq sisteminə daxil olan məlumata əsasən, sentyabrın 4-dən 10-dək olan həftə ərzində biomaterial nümunələrin 33,6 faizində "EG.5", nümunələrin 18,9 faizində "XBB.1.5", 8,6 faizində isə "XBB.1.5" variantları aşkar edilib. Və son həftələrdə bu fərq artmağa davam edib.

GISAID sistemində sentyabrın 4-dən 10-dək alınan genom tədqiqat məlumatlarına əsasən, "EG.5"-in payı 33,6 faiz, avqustun 7-dən 13-dək olan həftə ərzində isə 25,9 faiz təşkil edib. Avqustun 13-nə olan məlumata görə, variant 57 ölkədə aşkarlanıb.

VOI qrupunda digər iki variantın yayılması bütün dünyada azalır. "XBB.1.5" ilə bağlı GISAID-də mövcud olan məlumatlara əsasən avqustun 13-dən sentyabrın 10-dək 12%-dən 8.6%-ə, XBB.1.16 isə 23.5%-dən 18.9%-ə qədər azalıb.

Özünüzü qoruyun!

 

0.015946865081787