Gürcüstan ABŞ-dan açıqlama gözləyir

Gürcüstan ABŞ-dan açıqlama gözləyir
 

Gürcüstan iğtişaşlara qarşı təlimlərin maliyyələşdirilməsi ilə bağlı USAID-dən açıqlama gözləyir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Gürcüstanın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAID) ölkədə iğtişaşların təşkili üçün təlimlərin maliyyələşdirilməsi ilə bağlı məlumatlara görə aydınlıq gətirməsini gözlədiyini bildirib.

Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti “Kanvas” təşkilatından üç Serbiya vətəndaşının gənclərə və nüfuzlu QHT üzvlərinə hökuməti devirmək taktikalarını öyrətmək üçün sentyabrın sonunda ölkəyə gəlməsi barədə məlumat yayıb. Müstəntiqlərin sözlərinə görə, onların təlimləri və konfransları USAİD-in Gürcüstandakı ofisi tərəfindən maliyyələşdirilib.

"Bu, Amerikanın Gürcüstana yardım tarixində qara gündür. Biz görürük ki, Amerika xalqının pulları burada inqilabi prosesləri planlaşdırmaq, insanları qəsdən iğtişaşlara və zorakılıqlara təhrik etmək üçün istifadə olunur. Çox təəssüf ki, bu işdə Amerika xalqının əli var. Ona görə də USAID-dən müvafiq izahatların alınması vacibdir”, - Papuaşvili jurnalistlərə bildirib.

 

0.018521070480347