Qarabağı tərk edən ermənilər İrəvanda gərginlik yaratdılar–VİDEO

Qarabağı tərk edən ermənilər İrəvanda gərginlik yaratdılar–VİDEO
 

Qarabağı könüllü tərk edən ermənilərlə Ermənistandakı soydaşları arasında narazılıqlar artmağa başlayıb.

Paralel.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində kadrlar yayılıb.

Belə ki, Qarabağdan gələn ermənilər İrəvanda yerli sakinlə mübahisə ediblər. Buna səbəb sözügedən şəxsin onlara əhəmiyyət verməməsi və avtomobilində musiqi dinləməsi olub.

Qeyd edək ki, Ermənistan mediasında yer alan məlumatlara görə, ölkə rəhbərliyi də Qarabağı tərk edən ermənilərin mərkəzdə məskunlaşmasını istəmir. Nikol Paşinyan hökuməti narazı əhalinin paytaxtdan mümkün qədər uzaqda olmasını istəyir.

 

0.017267942428589