Argentinalı deputat: "Qərb bizi xammal mənbəyi kimi qəbul edir"

Argentinalı deputat:
 

"Qərb Latın Amerikası ölkələrini öz sənayesi üçün xammal mənbəyi kimi qəbul edir".

"Paralel.az" xəbər verir ki, bunu "Merkosur" parlamentinin Argentinadan olan üzvü Karlos Daniel Qledell deyib.

Onun sözlərinə görə, Latın Amerikası geniş ərazisinə və nəhəng insan potensialına baxmayaraq, öz səsini Qərbə çatdırmaq üçün mübarizə aparmağa məcburdur:

"Latın Amerikası ölkələri yeni ittifaqlar, yeni paradiqmalar yaratmağa çalışmalı və fikir ayrılıqlarına deyil, qitənin kimliyini birləşdirən və təşkil edənə yönəlməlidir".

 

0.013939142227173