Simonyanın evinin qarşısına PUA düşdü

Simonyanın evinin qarşısına PUA düşdü
 

“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Soçidə evinin yaxınlığına zərbə PUA-sı düşdüyünü bildirib.

"Paralel.az" xəbər verir ki, Simonyan bu barədə Teleqram kanalında yazıb.

“Bu gün gecə zərbə PUA-sı Adlerdə (Soçidə mikrorayon – red.) özümün və anamın boya-başa çatdığı və hələ də körpə uşaqlarla birgə doğmalarımın yaşadığı evimizin düz qarşısına düşdü”, - deyə Simonyan bildirib.

Onun sözlərinə görə, bu kimi hadisələr nüvə ultimatumunu daha da aktual edir.

Qeyd edək ki, bundan öncə də Simonyan evinin qarşısına PUA düşdüyünü bildirmişdi.

 

0.028178930282593