ABŞ-də kimyəvi maddə daşıyan maşın qəzaya düşüb

ABŞ-də kimyəvi maddə daşıyan maşın qəzaya düşüb
 

ABŞ-nin İllinoys ştatının mərkəzində bir neçə nəqliyyat vasitəsi ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Paralel.az" xəbər verir ki, qəzada yük maşınından ammonyak sızıb.

Telekanalına məlumatına görə, qəza Effinqhem dairəsində baş verib. Təxminən 28 min litr kimyəvi maddə daşıyan yük maşını yol-nəqliyyat hadisəsindən sonra aşıb və sonucda təxminən 15 min litr ammonyak sızıb.

NBC yaxın ərazilərdən 500-ə yaxın insanın təxliyə edildiyini qeyd edib. İllinoys Ətraf Mühitin Mühafizəsi Agentliyinə görə, evakuasiya əmri azı bazar günü səhərə qədər qüvvədə qalacaq.

 

0.018111944198608