Şəhid Vüsal Orucovun nəşi ailəsinə təhvil verilib

Şəhid Vüsal Orucovun nəşi ailəsinə təhvil verilib
 

Ermənistan silahlı qüvvələrinin hərbçisinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açması nəticəsində ötən gün şəhid olan həqiqi hərbi xidmət hərbi qulluqçusu Orucov Vüsal Xeybalı oğlunun nəşi Qusar rayonunun Suvacal kəndinə gətirilib.

"Paralel.az" xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Suvacal kəndində keçirilir.

Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid sonra kənd məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, V.Orucov 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu il aprel ayında yollanmışdı.

 

0.022774934768677