Qırğızıstanda güclü zəlzələ olub

Qırğızıstanda güclü zəlzələ olub
 

Qırğız Respublikasının ərazisindəki İssık-Kul gölünün cənubunda 6,2 maqnitudalı zəlzələ olub.

“Paralel.az” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 122 km cənubda qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub.

Seysmoloqların verilənlərinə görə, Bakı vaxtı ilə saat 01:30-da qeydə alınan təbiət hadisəsi Qazaxıstanın ən iri şəhərində 2-3 bal civarında hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

 

0.020212888717651