Qondarma "Dağlıq Qarabağ Respublikası" nə vaxt ləğv olunacaq?

Qondarma
 

Bu gün Azərbaycanın Qarabağ bölgəsində “Dağlıq Qarabağ Respublikası”nın ləğvi ilə bağlı fərmanın imzalanacağı gözlənilir.

Paralel.az xəbər verir ki, bu barədə bir sıra erməni “Telegram” kanalları məlumat yayıb.

Məlumata görə, Azərbaycanın sentyabrın 21-də keçirdiyi antiterror əməliyyatlarından sonra separatçı rejimə məxsus “Artsax Müdafiə Ordusu”nun tərksilah edilməsi de-fakto varlığını saxlayan separatçı xuntanın da sonunun başlanğıcına gətirib.

Belə ki, tanınmamış “DQR”ə məxsus “dövlət qurumları”nın fəaliyyətini dayandırmasından və Azərbaycanın bölgəyə daxil olmasından sonra qondarma rejimin özünü buraxacağı bildirilir.

0.013758182525635