Ərdoğan son 10 ildə ilk dəfə Misir səfirini qəbul etdi

Ərdoğan son 10 ildə ilk dəfə Misir səfirini qəbul etdi
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin Ankaradakı səfiri Əmr əl-Hamamini qəbul edib.

“Qafqazinfo” Türkiyə KİV-ə  istinadən xəbər verir ki, görüş Prezident Külliyesində baş tutub. 

Qeyd edək ki, Türkiyə ilə Misir arasında 2021-ci ildə başlayan normallaşma prosesinin ardından iki ölkə iyul ayında əhəmiyyətli bir addım atılıb.

İki ölkənin xarici işlər nazirlikləri 13 ildən sonra birgə bəyanatla çıxış edərək diplomatik əlaqələrin yenidən səfir səviyyəsinə yüksəldiyini açıqlayıb.

 

0.013562917709351