"Açıq mikrofon" aksiyasında bu dəfə Şabran rayonunun sahibkarları dinlənildi

 

SOCAR "Azəriqaz" İB-nin bölgələrdə təşkil etdiyi "Səyyar qəbul otağı"nın növbəti ünvanı Şabran rayonu olub. Xaçmaz RQİİ-nin rəisi Azər Abasov çıxış edərək  aksiyanı açıq elan edib. Daha sonra mikrofon önünə sahibkarlar çıxaraq müraciətlərini ünvanlayıblar. Sahibkarları narahat edən məsələlərə gəlincə isə, bunlar qazlaşma işləri yekunlaşan fotostudiaya mavi yanacağın verilməsi, səhiyyə ocağına məxsus debitor borcun araşdırılması və obyektin qazlaşdırılması ilə bağlı olub. KOBİA-nın nümayəndəsinin iştirakı ilə keçirilən aksiyada sakinlərə də müraciətlərini ünvanlamaq üçün şərait yaradılıb. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

"Paralel.az"

0.032273054122925