Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilib - FOTO/VİDEO

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilib - FOTO/VİDEO
 

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.
Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.

 

0.019514083862305