"Təəssüf edirəm, Vladimir, siz günahkarsınız" - Klinton

 

"Məhz Rusiya Prezidenti Vladimir Putinin hərəkətləri NATO-nun genişlənməsinə gətirib çıxardı".

Paralel.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton deyib.

“Ukraynada demokratiyanın müdafiəsi, NATO-nun genişlənməsi - çox təəssüf edirəm Vladimir, bunda siz özünüz günahkarsınız. Bu, həmişə mübahisə məsələsi olub. Biz həmişə demişik ki, insanlar NATO-ya üzv olmağa məcbur edilmir, insanlar NATO-nu seçir və üzv olurlar”, - Klinton bildirib. //Axar.az/

 

0.0095179080963135