Cəbubi Koreyada 10 ildən sonra bir ilk yaşandı

Cəbubi Koreyada 10 ildən sonra bir ilk yaşandı
 

Cənubi Koreyanın paytaxtı Seulda 10 ildən sonra ilk dəfə Silahlı Qüvvələr Günü münasibətilə parad keçirilib.

“Qafqazinfo” “Yonhap”a istinadən xəbər verir ki, parad Cənubi Koreya Prezidenti Yoon Suk Yeol və müdafiə naziri Li Çen Supun iştirakı ilə qeyd olunub.

Son 10 ildə ilk dəfə keçirilən paradda 3700-ə yaxın əsgər iştirak edib.

Mərasimdə ölkənin raketləri və tankları da daxil olmaqla 170 hərbi texnika sərgilənib.

Qeyd edək ki, Cənubi Koreyada Silahlı Qüvvələr Günü münasibətilə hər 5 ildən bir mərasim keçirilir.

 

0.021535873413086