Paşinyandan Qarabağdan gələnlərlə bağlı tapşırıq verdi, İrəvan üsyanı dayandı - SENSASİON TƏFSİLAT

Paşinyandan Qarabağdan gələnlərlə bağlı tapşırıq verdi, İrəvan üsyanı dayandı - SENSASİON TƏFSİLAT
 

“Hraparak” erməni qəzeti yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz komandasının üzvlərinə xəbərdarlıq edib ki, Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilər heç bir halda İrəvanda yerləşdirilməməlidir. Çünki onlar Ermənistan hakimiyyəti üçün "saatlı bombaya" çevrilə bilərlər.

Nəşrin yazdığına görə, Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarının Qarabağda 20 minə yaxın erməninin qalmasını təmin etməyə çalışacaqlarına inanır. Bu, RSK-nin Qarabağ bölgəsində olmasını əsaslandırmaq üçün lazımdır.

Digər tərəfdən erməni mediası qeyd edir ki, ölkə müxalifəti öz tərəfdarları və üzv təşkilatların potensialı ilə öz imkanları daxilində "humanitar fəlakət"in aradan qaldırılması işinə qoşulduğu üçün axşama planlaşdırılan mitinqi təxirə salıb.

Yəni dünən, srağagün və ondan əvvəl “humanitar fəlakət” əlamətləri yox idi? Etiraf etməli idilər ki, “kortəbii” mitinqlər iflasa uğradı, Ermənistan ictimaiyyəti kiçik qruplar halında İrəvanda çətinlik və diskomfort yaratmağa çalışan müxalifəti dəstəkləmədi? Özlərini rüsvay etməyi dayandırmaq variantı (“humanitar böhran”) ortaya çıxdı.

Miri
Ölkə.Az

 

0.014834880828857