Qarabağın erməniəsilli sakini Azərbaycan polisinə təşəkkür edib

Qarabağın erməniəsilli sakini Azərbaycan polisinə təşəkkür edib
 
 

Qarabağın erməniəsilli sakini Bayram Arakelov Azərbaycan polisinə təşəkkür edib.

Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, ərazidə xidmət aparan polislər erməniəsilli sakin B.Arakelovun avtomobili ilə yolun kənarında dayandığını görüblər. Şuşa polisi ona su və benzin verib.
Daha sonra erməniəsilli sakin hərəkətinə davam edib.

O, ərazidə olan azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycan polisinə təşəkkür edib: “Çox sağ olun! Birinci Qarabağ müharibəsində də iştirak etməmişəm. Mən mexanikəm. Eh, bu işləri belə edənin, necə deyim… Sizə çox minnətdaram, çox”.

0.012318134307861