Ermənistan müxalifəti Paşinyanın “istefa verməli olduğu” tarixi açıqlayıb

Ermənistan müxalifəti Paşinyanın “istefa verməli olduğu” tarixi açıqlayıb
 

Ermənistanın müxalifət liderləri oktyabrın 5-I ölkənin hazırkı baş naziri Nikol Paşinyanın istefaya göndərilməli olduğu gün kimi elan ediblər.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Etiraz hərəkatının liderlərindən biri Andranik Tevanyanın sözlərinə görə, bütün qüvvələr birləşməlidir ki, oktyabrın 5-də Nikol Paşinyan istefaya göndərilsin.

“Heç kim bilmir ki, o, Ermənistan üçün ölümcül olan hansı sənədləri yenidən imzalamağa hazırdır. Biz buna imkan verməməliyik”, - Tevanyan bildirib.

0.014153957366943