ABŞ İsrail vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

ABŞ İsrail vətəndaşları üçün vizasız rejim tətbiq edəcək
 

İsrail vətəndaşları bu ilin noyabrından ABŞ-a vizasız səfər edə bilərlər.

"Report"un məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Eli Koen “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazirlik rəhbərinin sözlərinə görə, vizasız rejim başladıqdan sonra İsrail vətəndaşları ABŞ-a səyahət etmək üçün yalnız onlayn rejimdə xüsusi anket doldurmalı, 21 dollar ödəyərək üç gün ərzində ölkəyə giriş icazəsi almalıdırlar.

Koen bu razılaşmanı İsraillə onun “böyük müttəfiqi” ABŞ arasında sıx əlaqəni nümayiş etdirən böyük nailiyyət adlandırıb. Bununla bağlı o, ABŞ Prezidenti Cozef Baydenə və dövlət katibi Entoni Blinkenə minnətdarlığını bildirib.

0.01646614074707