Paris Olimpiya Oyunlarından fransalı idmançılara qadağa

Paris Olimpiya Oyunlarından fransalı idmançılara qadağa
 

Fransa idmançılarına 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında hicab taxmaq qadağan edilib.

“Paralel.az” xəbər verir ki, bu haqda Fransanın idman naziri Amelie Oudea-Kastera qonaq olduğu “France 3” kanalına danışıb.

O, 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarının idmançılarının hicab taxa bilməyəcəklərini bildirib.

Fransalı nazir idmanda sərt “dünyəvilik rejimi”nin tətbiqinin tərəfdarı olduqlarını bildirib.

 

0.01705002784729