ABŞ Polşaya 2 milyard verəcək: saziş imzalandı

ABŞ Polşaya 2 milyard verəcək: saziş imzalandı
 

Polşa və ABŞ Avropa ölkəsinin müdafiəsinin modernləşdirilməsini dəstəkləmək üçün 2 milyard dollarlıq birbaşa kreditin verilməsi haqqında saziş imzalayıb.

Paralel.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

"Onun təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir. Polşa Ukraynaya yardımda mərkəzi rolundan əlavə, müdafiə sahəsinə böyük sərmayə qoyaraq regional təhlükəsizliyi gücləndirməyə sadiqdir", - bəyanatda qeyd olunub.

 

0.014025926589966