Türkiyədən silah satışında tarixi rekord

Türkiyədən silah satışında tarixi rekord
 

Bir vaxtlar Türkiyəni silah satışı bazarı kimi görənlər indi Türkiyəni nəhəng istehsalçı adlandırırlar.

Paralel.az “Haber7com”a istinadla xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən hazırlanan silah satıcıları siyahısında Türkiyə silah satışını ən çox artıran ikinci ölkə olub.

Türkiyənin silah ixracatı əvvəlki 5 illik dövrlə müqayisədə 69% artıb. 

SIPRI-nin hesabatına əsaslanan təhlildə Türkiyənin 2023-cü ildə silah ixracı hədəfinin 6 milyard dollar olduğu bildirilir.

Həmçinin Türkiyənin beşinci nəsil döyüş təyyarəsi “KAAN”ın ilin sonuna qədər uçması gözlənilir. 

Türkiyənin təyyarəni “ABŞ”nin “F-35”ləri satmayacağı ölkələrə satacağı bildirilir.

Qeyd edək ki, silah satışında Şimali Koreya ilk yerdədir.

 

0.011461973190308