Nigerdəki hərbi hökumət daha bir fövqəladə qərar qəbul edib

Nigerdəki hərbi hökumət daha bir fövqəladə qərar qəbul edib
 

Nigerdəki hərbi hökumət daha bir fövqəladə qərar qəbul edib.

"Paralel.az" xarici KİV-ə istinadla xəbər verir ki, Niger hava sahəsinin “Air France” donanması və Fransanın icarəyə götürdüyü təyyarələr üçün bağlandığı bildirilib. 

Bu barədə Afrika və Madaqaskarda Hava Naviqasiya Təhlükəsizliyi Agentliyinin (ASECNA) internet saytında açıqlama verilib.

Açıqlamada Nigerin hava məkanının Fransa istisna olmaqla bütün milli və beynəlxalq kommersiya uçuşları üçün açıq olduğu qeyd edilib.

Xatırladaq ki, Niger hava məkanı avqustun 6-da bütün kommersiya və mülki uçuşlar üçün bağlanıb, sentyabrın 4-də isə yenidən açılıb.

Afrikanı Avropa ilə birləşdirən ən əhəmiyyətli hava yolu şirkətlərindən biri olan “Air France” həftənin 4 günü Nigerin paytaxtı Niameyə uçuşlar həyata keçirirdi.

0.013020992279053