Alıcı "Araz" marketin fırildağını ifşa etdi- FOTOFAKT

Alıcı
 

Daha bir market alıcıları aldatmaqla məşğuldur.

Paralel.az xəbər verir ki, Tezadlar.az saytına müraciət edən alıcı bildirib ki, "Araz Market"-dən diş pastası alıb. Bu zaman o saxtakarlıqla üzləşib.

Belə ki, vitrində diş pastasının qiyməti 2.55 qəpik olub. Amma kassaya yaxınlaşan zaman 2.55 qəpikdən deyil, 2.69 qəpikdən çek vurulub. Nəticədə, alıcı 2.55 qəpik əvəzinə, 2.69 qəpik ödəməli olub.

Məsələ ilə bağlı alıcı etirazını bildirsə də, ona cavab verməli olan marketin məsul şəxsi tapılmayıb.

"Azərbaycan Reallığı" həmin məhsulun və qəbzin fotosunu təqdim edir:
 

0.01124906539917