3 saylı Şəhər Kliniki Xəstəxanası ölkənin nüfuzlu tibb müəssisəsinə çevirilir...

3 saylı Şəhər Kliniki Xəstəxanası ölkənin nüfuzlu tibb müəssisəsinə çevirilir...
 

3 saylı şəhər klinikasına Nurəngiz Bəşirova direktor təyin olunduğu gündən normal işləyir.

Düzdür, ölkəmizin səhiyyə sistemində hələ nöqsanlar var və bəzi hallarda xəstəxanalardakı vəziyyət, həkimlərin və tibb personalının əsassız tələbləri ilə üzləşirik.

Belə götürəndə, əslində tam yüz faiz normal işləyən müəssisə rapmaq çətindir. Lakin qeyd etmək lazımdır ki, hazırda ölkənin səhiyyə sistemində müsbət dəyişiklik hiss olunur. Son illər ölkə səhiyyənin inkişafına dövlət tərəfindən ayrılan vəsaiti ilbəil artırılır və tibb müəssisələrində yaradılan şərait yalnız ölkə əhalisinin deyil, qonşu ölkələrin səhiyyə sisteminin yaxşı təcrübəsini tətbiq edir, buna görə də dövlət səhiyyənin inkişafına əsaslı maliyyə vəsaitini hər il artırır və bu sahəyə diqqət və nəzarəti gücləndirir.

Etiraf edək ki, bu günləri səhiyyə sistemidə xəstəxanalardakı səliqə-səhmanın qaydaya salınması, işin təşkili, idarəetmədə nizam-intizam qaydalarının təmin edilməsi, əvvəlki rəhbərliklərin məsuliyyətsizliyi səbəbindən uçub dağılan, az qala xarabalığa çevrilən xəstəxana binalarının yenidən, müasir tələblərə cavab verən əsaslı təmirinə diqqət artırılır. Təəssüflə eyd edək ki, müsbət tendensiyalar heç də ölkənin bütün xəstəxanalarda həyata keçirilmir. Hələ də köhnə bilik və bacarıqla işləyən, təhsil və təcrübəsini təkmilləşdirməyən, tibbin son, müasir yeniliklərindən baş çıxarmayan kadrlar var ki, müasir tələbləri təmin edə bilmirlər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən xəstəxanalara (şəhər və rayon) yeni təyin olunmuş direktorların əsas diqqəti yuxarıda qeyd etdiyim müsbət işləri ardıcıl olaraq həyata keçirirlər. Məsələn, gəlin, Bakıda Sabunçu xəstəxanası kimi tanınan 3 saylı Şəhər Klinik Xəstəxanasında son aylarda görülən işləri götürək.

Bildiyiniz kimi, Sabunçu xəstəxanası kimi tanınan 3 saylı Şəhər Klinik Xəstəxanası ölkənin ən səsli-küylü, insanların haqlı narazılıq etdiyi bir tibb müəssisəsi olub. Hətta buranı “ölüm korpusu” da  adlandırırdılar.

Burda həkimlər xəstələrə yalnız pul mənbəyi kimi baxıb. Ta onların sağlamlığı o qədər də əhəmiyyət kəsb etməyib. Bir sözlə desək, burda nə daxili nizam-intizam qaydaları gözlənilib, nə də ki, əhaliyyə səhiyyə xidməti düzgün təşkil edilib. Ən pisi isə Sabunçu xəstəxanası daha çox rüşvətin ayaq atıb yerifiyi, dil açıb danışdığı səhiyyə müəssisəsi kimi tanınıb. Hər halda köhnə komandaya və rəhbərliyə bu qayda ilə işləmək əlverişli imiş. Bu günləri isə “Sabunçu xəstəxanası”nda vəziyyət tamamilə dəyişib, necə deyərlər, köhnə “adət-ənənə”dən əsər əlamət qalmayıb.

Əlbəttə ki, bütün bu dəyişiklik müsbət tendensiyalarla müşaiyət olunur. Artıq 3 saylı Şəhər Klinik Xəstəxanasında səhiyyə xidmətləri düzgün təşkil edilib, xəstələrə qayğılı münasibət sərgilənir, əsas korpuslarda vətəndaşların müalicə və müayinəsi üçün bütün şəraitlər yaradılmış, otaqlar təmir edilmiş, müayinə otaqları müasir tibb avadanlıqlarla, dərman preparatları ilə təmin olunmuş, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması təmin edilmişdir.

        

Direktor Nurəngiz Bəşirova

Bu günləri çəkinmədən və əminliklə demək olar ki, 3 saylı Şəhər Klinik Xəstəxanası bütün xidmət növlərinin keyfiyyət göstəricilərinə görə bir çox tibb müəssisələrini qabaqlayıb. Bütün bu proseslər əlbəttə ki, bir neçə ayda baş verib. Nurəngiz Bəşirova 3 saylı Şəhər Klinik Xəstəxanasına direktor təyin olunandan sonra. Söz yox ki, bütün bu işlər Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin fonunda, səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğısından qaynaqlanır.

Belə ki, səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir.
Sirr deyil ki, büdcədən tibb müəssisələrinin tikintisinə və əsaslı təmirinə milyon manatlarla vəsait ayrılır. Ki, həmin vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi də əsas priotetlərdən biridir.

Məlumat üçün bildirim ki, Nurəngiz Bəşirova iki ay əvvəl – 04. 07. 2023-cü il tarixində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatı əsasında 3 saylı Şəhər Klinik Xəstəxanasına direktor təyin olunub. O, bu təyinata qədər Beyləqan rayon mərkəzi xəstəxanasının direktoru vəzifəsində çalışıb, ondan əvvəl isə Xocavənd rayon xəstəxanasının baş həkimi və direktoru vəzifələrində çalışmışdır. İşlədiyi əvvəlki tibb müəssisələrində olduğu kimi, Beyləqan MRX-da da N. Bəşirovanın fəaliyyəti həm pasientlər, həm tibb ictimaiyyəti, həm rayon rəhbərliyi, həm TƏBİB, həm də Səhiyyə Nazirliyi (SN) tərəfindən yüksək qiymətləndirilmişdir.

Nurəngiz xanımın səmərəli idarəçiliyinin nəticəsində, qısa zaman kəsiyində Beyləqan səhiyyəsində müsbət dönüş yaranmışdır. N. Bəşirova hər zaman qazi və şəhid ailələrinə bir ana, bacı qayğısıyla yanaşmışır. 2020-ci ilin fevralındən başlayaraq 2023-cü ilin iyul ayına qədər Beyləqan rayon xəstəxanasına Vətən müharibəsi şəhid və qazi ailə üzvlərinin və müharibə veteranlarının 167 nəfəri işə götürüb. Nurəngiz Bəşirova idarəçilikdə olduqca bacarıqlı olmaqla yanaşı, həm də bir həkim kimi savadlı, peşəkar və xaraktercə üstün keyfiyyətlərə malik tibb işçilərindəndir. Həm də o, bir səhra həkimidir. Bu haqda isə növbəti yazımızda geniş yazacağıq.

İndinin özündə də rayon əhalisi təsdiqləyir ki, Beyləqan səhiyyəsi üçün ən yaxşı hədiyyə Nurəngiz Bəşirovanın Mərkəzi Xəstəxananın direktoru vəzifəsinə təyinatı olub. Nurəngiz xanım kollektivdə olduqca sağlam, işgüzar atmosfer yarada bilmişdir. O, bu xarakterini, idarəçilik təcrübəsini məhz bu günləri 3 saylı Şəhər Klinik Xəstəxanasında da davam etdirir.

Bu günləri Sabunçu xəstəxanası artıq qanunsuzluqların və özbaşınalıqların, ən vacibidə rüşvətin hökm sürdüyü tibb müəssisəsi yox, ölkənin ən öncül tibb müəssisəsinə çevirilib. Son iki ayda Sabunçu xəstəxanasında hər şey dəyişib, əhaliyyə keyfiyyətli tibb xidməti göstərilir. İdarəçilik qaydaları gözlənilir, bütün şöbələrdə səliqə-səhman, təmizlik yüksək səfiyyədə təşkil olunub. Heç bir xəstədən pul alınmır.

Müxtəlif korpuslarda əsaslı təmir işləri görülüb. Stasionar xəstələr üçün bütün şəraitlər yaradılmış, otaqlar təmir edilmiş, hətta dialez xəstələri üçün ayrıca böyük bir otaqlar əsaslı təmir edilərək, yüksək avadanlıqlarla və preparatlarla təhciz edilmişdir. Demək olar ki, bütün rayonların sakinləri də keyfiyyətli tibbi xidmət üçün Bakının ən nüfuzlu tibb müəssisəsi olan 3 saylı Şəhər Klinik Xəstəxanasına üz tuturlar. Səbəbə isə burda xəstələrə həm diqqət və qayğı, həm də keyfiyyətli tibbi xidmətinin yüksək olmasıdır.

RAMİN QURBANOV

0.039515018463135