Professor İhsan Doğramaçıdan həyat dərsləri - dos.İlham Əhmədov

Professor İhsan Doğramaçıdan həyat dərsləri - dos.İlham Əhmədov
 

İhsan Doğramacı XX əsr T. C. tarixində parlaq iz qoymuş elm, təhsil, biznes adamıdır. Onun həyatda uğurları, xalqı və dövləti qarşısında əvəzedilməz xidmətləri olmuş, layiqli ziyalı həyatı sürmüşdür.

İhsan Doğramacı (1915- 2010) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, AMEA-nın fəxri üzvü olmuşdur. 1981–1992-ci illər arasında Ali Təhsil Qurumunun sədri olan İhsan Doğramacı vəfatınadək Bilkənd Universitetinin heyət sədri vəzifəsini icra edirdi. (ətraflı şərhdə var).
İhsan Doğramacı həm də ölkəmizin yaxın dostu olmuşdur. Allah ona rəhmət eləsin. Belə insanlardan daima nümunə götürmə, öyrənməli, onlara oxşamağa çalımalıyıq.
Bir dəfə ondan "Professor İhsan Doğramacını Doğramacı edən nədir?" deyə soruşmuşlar. Doğramacının bu suala cavabı belə olmuşdur:
İş həyatımda adətən üç prinsipə əməl edirəm:
1.Həmişə yardımçılarımı həmin məsələni məndən daha yaxşı bilən və işini ən mükəmməl şəkildə görə biləcək şəxslərin arasından seçirəm. Onlar lazım olanda mənim fikrimlə razılaşmayıb 'doğrusu budur' deyə bilməlidirlər. Yoxsa, hər məsələdə məni təsdiq edərlərsə və işi məndən daha yaxşı bilənlərdən deyillərsə, o zaman mən onların yardımçısı olmaq məcburiyyətində qalaram.
2.Tənqidi fikri söyləyənlər düşmənlərim də olsa, yenə haqqımdakı bütün tənqidləri səbrlə dinləyərəm. Çünki sırf məni tənqid etmək üçün görə bilmədiyim tərəflərimi, bilməyim vacib olan şeyləri söyləmiş ola bilərlər. Onları mütləq nəzərə alaram.
3.Heç vaxt düşmənlərimi yox etmək, bitirmək kimi məsrəfli layihələrə də baş qoşmaram. Əksinə, daima daha ucuz bir layihə olan anlaşma və razlaşma yolunu seçərəm.

Bizim bir çox sahələrdə zəifliyimizin səbəbi bir çox məmurların bu prinsiplərə əməl etməməsidir. Çünki, onlar milli və dövlət mənafeyinə yox, qrup və şəxsi mənafeyə xidmət edirlər.
Zəif menecerlər çox vaxt özlərindən də zəif "komanda" yığmaqla, tənqidə qarşı dözümsüzlük göstərməklə, əməkdaşlıq əvəzinə düşmənçilik etməklə, məsul olduqları sahəni daha da bərbad hala salırlar.
Hesab edirəm ki, bu 3 prinsipə əməl edən hər bir insan (istər məmur, istər alim v.s.) milli inkişafa xidmət edər, xalqı və dövləti üçün çox dəyərli şəxsiyyət olar.

"Paralel.az"

0.076192140579224