Nazirlik 3 milyonluq təmirə başlayır – Qalib şirkətin vergi borcu var

Nazirlik 3 milyonluq təmirə başlayır – Qalib şirkətin vergi borcu var
 

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssislərində təmir və abadlıq işləri ilə bağlı tenderə yekun vurub.

Psralel.az Valyuta.aza istinadən xəbər verir ki, tenderin qalibi “AR Group İnşaat” MMC seçilib. Təmir işlərinə 2 834 258,38 AZN xərclənəcək.

Konkret olaraq hansı təhsil müəssisələrinin təmir olunacağı bəlli deyil. Bu barədə şərtlər toplusunda heç bir qeyd yoxdur.
“AR Group İnşaat” MMC 21 avqust 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Elləzov Ramiq Baxtiyar oğludur. Ramiq Ellezovdan əvvəl şirkətin qanuni təmsilçisi Poladov Aqil Polad oğlu olub.

Açıq mənbələrdə bu şəxslər haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin veb-səhifəsi olsa da, işləmir. Bu baxımdan şirkət haqqında hər hansı məlumat əldə mümkün deyil.

“AR Group İnşaat” MMC-nin vergi borcu da var. Şirkətin bu günə olan vergi borcu 8 471,63 AZN təşkil edir.

0.031049013137817