Ərdoğan: "Qarabağdakı antiterror tədbirləri talançı erməni separatçılarına qarşıdır"

Ərdoğan:
 

Bu son hadisə (Azərbaycanın Qarabağda antiterror tədbirləri - red. ) Paşinyanla bağlı deyil. Bunun Ermənistan dövlətinə aidiyyatı yoxdur.

Paralel.az xəbər verir ki, bu barədə o Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.

Türkiyə lideri deyib ki, bu, Qarabağda talançı erməni separatçıları ilə bağlı məsələdir.

O qeyd edib ki, separatçıların sözdə seçki keçirmək cəhdləri həm Ermənistanın baş naziri, həm də Azərbaycanı ciddi narahat edib:

“Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxdı. Bu arada təbii ki, qardaşlarımızı şəhid etməkləri də hadisəni çox fərqli səviyyəyə çatdırdı. Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, öz bildiklərini etməyə davam etdilər və Azərbaycan da addım atdı, çox gec olmadan orada əməliyyatlarını başa vurdu”.

Ərdoğan bildirib ki, antiterror tədbirləri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub:

“Bu məqamda o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və “Yəqin ki, bir daha orada nəfəs ala bilməyəcəklər. Biz işi yenicə bitirdik. Heç bir problem yoxdur. Biz buna son qoyduq” dedi”, - deyə o vurğulayıb.

 

0.019677877426147