Qum qasırğası İranda 800-dən çox insanı xəstəxanalıq etdi...

Qum qasırğası İranda 800-dən çox insanı xəstəxanalıq etdi...
 


“Sistan əyalətində qum qasırğasından sonra 859 nəfər tibb mərkəzlərinə və xəstəxanalara müraciət edib”, - deyə Sistan və Bəlucistan əyalətinin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi bildirib.
 
Paralel.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalında məlumat yayılıb. 

Onun sözlərinə görə, sentyabrın 19-dan bəri əyalətin beş şəhərində davam edən qasırğa nəticəsində yüzlərlə insan tənəffüs sistemi və görmə qabiliyyətində yaranan problemlərə görə xəstəxanalara müraciət edib. Hazırda isə 50 nəfər xəstəxanaya yerləşdirilib.

 

0.018663883209229