Paris Moda Həftəsində nümayiş olunacaq kolleksiya oğurlandı - FOTO

Paris Moda Həftəsində nümayiş olunacaq kolleksiya oğurlandı - FOTO
 

Paris Moda Həftəsində nümayiş olunacaq dünyaca məşhur geyim brendi “Balmain” kolleksiyası nümayişə 10 gün qalmış oğurlanıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Moda Evinin direktoru Olivier Rousteinq 50 ədəd kolleksiyasının oğurlandığını bildirib.

Belə ki, kolleksiyanı daşıyan yük maşını gecə saatlarında Parisdə hava limanı yaxınlığında naməlum şəxslər tərəfindən dayandırılıb.

Nümayiş sentyabrın 25-dən oktyabrın 3-nə kimi planlaşdırılıb.

Olivier qəsb edilən 50 parçanı yenidən hazırlayacağını bildirib.

Qeyd edək ki, oğurlanan kolleksiya 2024-cü ilin yaz mövsümü üçün hazırlanır.

Günay

 

0.015738964080811