ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib

ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib
 

ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib.

"Paralel.az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Maliyyə Nazirliyinin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında sentyabrın 18-nə bu məbləğ 33,04 trilyon ABŞ dolları kimi göstərilib.

Bu, Amerikanın dövlət borcu üçün rekord göstəricidir.

ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar borc tavanını artırmağa razılaşalar da, büdcədə əhəmiyyətli ixtisarlar apardılar.

 

0.043305158615112